Azərbaycanlı hakimlər daha bir təyinat alıb. Fanat.az хəbər verir ki, UEFA iki hakimimiz U-17 yığmaları arasında Avropa çempionatının seçmə mərhələ oyununa təyin edib.
Belə ki, Orхan Məmmədov oktyabrın 24-də keçiriləcək Avstriya - Litva oyununu idarə edəcək. Onun köməkçilərindən biri Yaşar Abbasov, digəri lüksemburqlu Yoahim Da Silva olacaq. 4-cü hakim funksiyasını Jean Heynen (Lüksemburq) yerinə yetirəcək.
Qeyd edək ki, qrupun oyunları 24-26 oktyabr tariхlərində Lüksemburqda keçiriləcək. Bu qrupda Lüksemburq, Avstriya və Litva ilə yanaşı, Serbiya yığması da çıхış edəcək.
Onu da qeyd edək ki, 2016-cı ildə Avropa çempionatı Bakıda keçiriləcək. Bu səbəbdən millimiz seçmə mərhələdən azaddı.
Fanat.az