Futbol hakimi Nahid Əliyevə ağır itki üz verib. Fanat.Az xəbər verir ki, ədalət təmsilçisinin atası Nadir Əliyev dünən qəfildən dünyasını dəyişib.
Həmin vaxt Nahid Əliyev hakimlərimizin Antalyada təşkil olunan təlim-məşq toplanışında olub. O, bu səbəbdən düşərgəni tərk edərək Bakıya dönüb.
Peşəkar Futbol Liqasının kollektivi atasının vəfatı ilə əlaqədar Nahid Əliyevə dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyir.
Qeyd edək ki, vəfat edən Nadir Əliyev sabiq FIFA referisi Vüsal Əliyev yaxın qohumudur.
Fanat.Az