Azərbaycanlı hakim UEFA Konfrans Liqasının oyununu idarə edəcək

Azərbaycanlı hakim UEFA Konfrans Liqasının oyununu idarə edəcək

UEFA azərbaycanlı FIFA referisi Tural Qurbanova növbəti dəfə etimad göstərib.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Deçiç" (Monteneqro) – "Liepaya" (Latviya) matçının baş hakimi olacaq.

Ona Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Görüş iyulun 15-də Tuzi şəhərindəki "Tuşko Polje" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər