Azərbaycanlı hakim Olimpiya Oyunlarına təyinat aldı

Azərbaycanlı hakim Olimpiya Oyunlarına təyinat aldı
Ağır atletika üzrə beynəlxalq dərəcəli hakim Vahid Nəzərov növbəti təyinatını alıb.
Fanat.Az xəbər verir ki, 60 yaşlı mütəxəssis Tokio-2020 Yay Olimpiya Oyunlarda iştirak edəcək.
V. Nəzərov 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək XXXII Yay Olimpiya Oyunlarında hakimlər briqadasında yer alacaq. O, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 4 illiyin ən möhtəşəm yarışında ədaləti qoruyacaq 20 referidən biri olacaq. 
Bununla da V. Nəzərov Olimpiadada ikinci sınağına çıxacaq. O, daha öncə London-2012 Yay Olimpiya Oyunlarında iş başında olub. Təmsilçimiz həmçinin Sinqapur-2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da eyni funksiyanı yerinə yetirib. 
Qeyd edək ki, həmyerlimiz hazırda Tailandın Pattaya şəhərində keçirilən dünya çempionatında münsiflər heyətinin üzvü və hakim-komissar kimi çalışır. Təcrübəli mütəxəssis yarış zamanı hakimlərin işinə qiymət verəcək. O, dünya çempionatında bu vəzifəni icra edəcək ilk azərbaycanlıdır.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər