Azərbaycanlı hakim KL matçında əsas söz sahibi olacaq

Azərbaycanlı hakim KL matçında əsas söz sahibi olacaq

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA-dan təyinat alıb.

Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın mətbuat xidməti yayıb.

Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İberiya” (Tbilisi, Gürcüstan) – “Levadiya” (Estoniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Huseynov və Vusal Mammadov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

İyulun 29-da Tbilisi şəhərində yerləşən Mixail Mesxi adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər