Azərbaycanlı hakim karyerasını bitirdi - FOTO

Azərbaycanlı hakim karyerasını bitirdi - FOTO

Azərbaycanın tanınmış futbol hakimi karyerasını bitirib. Fanat.az xəbər verir ki, Munis Abdullayev bu gecə yaşıl meydanlarla vidalaşıb.

Onun üçün son oyun Azərbaycan Kubokunun finalında baş tutan "Qarabağ" - "Neftçi" matçı olub. Abdullayev bu matçın dördüncü hakimi olub.

51 yaşlı Munis Abdullayev uzun müddət FIFA laysmanı olub. O, Azərbaycan milli çempionatlarında oyun sayında rekordçu hakimlərdən biri olan Munis bəy 1992-ci ildə ildə keçirilən ilk Azərbaycan Kubokunu qazanıb. Həmin vaxt Abdullayev Bakının "İnşaatçı" klubunda oynayıb. Həmin vaxt onun komandası Mingəçevir "Kür"ünü 2:1 hesabı ilə yenmişdi.

Qeyd edək ki, "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatan matçı keçmiş FIFA referisi Fariz Yusifov idarə edib. Ona Yaşar Abbasovla Elman Musayev yardımçı olub. Rəhim Həsənovla Ömər Paşayev əlavə köməkçi hakim kimi oyuna təyinat alıb. 

Azərbaycanlı hakim karyerasını bitirdi - FOTO

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər