Azərbaycanlı hakerlərdən "Seltik"ə zərbə - FOTO

Azərbaycanlı hakerlərdən "Seltik"ə zərbə - FOTO

Çempionlar Liqası III mərhələsində “Qarabağ”ın rəqibi olan Şotlandiyanın “Seltik” klubunun rəsmi TV saytı haker hücumuna məruz qalıb. Fanat.az хəbər verir ki, azərbaycanlı hakerlər saytı dağıdaraq ora Azərbaycan bayrağı yerləşdirib və www.fcqarabagh.com yazıb.

 

Hadisəni "Azerbaijan Black Hats" haker qrupu törədib. Onlar fotonun altında imzalarını da qeyd ediblər.

 

Qeyd edək ki, “Seltik”lə “Qarabağ” arasındakı matçlar iyulun 28-29-da və avqustun 4-5-də keçiriləcək. İlk oyun Şotlandiyada baş tutacaq.

Azərbaycanlı hakerlərdən "Seltik"ə zərbə - FOTO

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər