Azərbaycanlı futbolçunun "Lokomotiv"dən gedişi təsdiqləndi

Azərbaycanlı futbolçunun "Lokomotiv"dən gedişi təsdiqləndi

Moskva "Lokomotiv"inin hücumçusu Petar Şkuletiç şəxsi "Instagram" səhifəsində Aleksandr Səmədovun gedişindən yazıb.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçunun "Spartak"a keçməsi barədə məlumatlar klubdan rəsmən təsdiqlənməsə də, artıq komanda yoldaşları Səmədovun gedişinə ehyam vururlar. 

Petar Şkuletiç komanda yoldaşının gedişi haqda belə yazıb: "Qardaş, səninlə bir komandada oynamaq çox xoş idi. Sən nadir futbolçulardansan ki, xaraketirnlə və qətiyyətinlə fərqlənirsən. Sənə gələcək həyatında uğurlar arzulayıram!"

Qeyd edək ki, bu söz-söhbətlərin başlandığı gündən "Lokomotiv" azarkeşləri Səmədovu təhqir etməkdən çəkinmirlər. "Terek"lə oyunda onu təhqir edən pankart açmaqdan belə çəkinməyiblər. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər