Azərbaycanlı futbolçu Emil Hüseynovu öldürən erməninin cəzası müəyyənləşib. Fanat.az xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhər Məhkəməsi qarışıq döyüş (MMA) üzrə idman ustalığına namizəd Tiqran Çiçakyana hökm oxuyub.
Məhkəmə erməni döyüşçünü 9 il azadlıqdan məhrum edib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində 2015-ci il aprelin 19-da ermənilərlə dava zamanı bıçaqlanıb. Hüseynov futbolçu karyerası ərzində "Neftçi", fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. "Abşeron"un da 2011-ci ildə dağılmasından sonra həmyerlimiz futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb və bazarda alverlə məşğul olub. O, 28 yaşında ikən dünyasını dəyişib.



Fanat.az