Latviyanın futbol çempionatına start verilib.
Fanat.az xəbər verir ki, "Neftçi"yə məxsus olan, lakin yaya kimi Latviyanın "Dauqavpils" klubuna icarəyə verilən azərbaycanlı futbolçular - Orxan Qurbanlı və Mirabdulla Abbasov ilk turda meydana çıxıb.
Onlar paytaxt Riqada "METTA/Latviya Universiteti" komandası ilə qarşılaşıblar. "Dauqavpils" hesabda öndə olsa da, yekunda məğlub olub - 1:2. Orxan 90 dəqiqə meydanda olub. Mirabdulla isə II hissədə oyuna qoşulub.
Sergey Poqodinin yetirmələri növbəti tur Yürmalaya səfər edəcək. "Dauqavpils" bu dəfə "Spartak"ın qonağı olacaq.
Fanat.az