Latviya çempionatında VI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Qurbanlı ilə Mirabdulla Abbasovun komandası - "Dauqava" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Yelqava" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə başa çatıb - 1:3.
Bu oyunda Orxan start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib. Mirabdulla isə matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, 6 turdan sonra 3 xala malik olan "Dauqava" 8 klub arasında sonuncu pillədə qərarlaşıb.
Fanat.az