Latviya kubokunun 1/4 final mərhələsində azərbaycanlı futbolçular - Orxan Qurbanlı və Mirabdulla Abbasovun çıxış etdiyi "Dauqavpils" səfərdə "Metta"nın qonağı olub.
Fanat.az xəbər verir ki, sözügedən qarşılaşmada hər iki həmyerlimiz diqqət mərkəzinə düşüb. Belə ki, Abbasovun ötürməsini Qurbanlı qola çevirib. Orxan vurduğu qoldan sonra əsgər salamı verməklə ermənilərlə döyüşdə şəhid olan hərbçilərimizin xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, oyun "Dauqavplis"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.az