Azərbaycanlı futbolçu vəfat etdi

Azərbaycanlı futbolçu vəfat etdi
Azərbaycanlı futbol veteran vəfat edib. Fanat.az xəbər verir ki, "Neftçi"nin sabiq üzvü Yuri Kuznetsov 85 yaşında dünyasını dəyişib.
Yuri Kuznetsov 1931-ci ilin 2 avqustunda Bakıda dünyaya gəlib. Peşəkar futbolçu karyerasına 1952-ci ildə başlayan hücumçu 3 il (1952-1955, 71 oyun 25 qol) "Neftçi"nin (o vaxtkı "Neftyanik") formasını geyinib. 1955-ci ildə Moskva "Dinamo"suna keçən Kuznetsov 1959-cu ilədək bu klubda oynayıb (23 oyun, 13 qol). Bu müddətdə 3 dəfə SSRİ çempionu olub. 1965-ci ildə "Neftçi"yə dönən mərhum futğolçu karyerasının sonunadək - 1965-ci ilə qədər (126 oyun, 26 qol) Bakıda oynayıb. Kuznetsov 2 dəfə - 1955 və 1959-cu ildə adı SSRİ-nin ən yaxşı 33 futbolçusu siyahısına daxil olunub.
Futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayan Kuznetsov 1966-1969 və 1977-1978-ci illərdə Moskva "Dinamo"sunda köməkçi-məşqçi işləyib. 1970-1971-ci illərdə Polşanın "Qvardiya" (Varşava) klubunun baş məşqçisi olan veteran futbolçu 1988-ci ildə "Neftçi"yə dönüb və bir müddət komandaya başçılıq edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər