Azərbaycanlı futbolçu Röyal Nəcəfov karyerasını Türkiyədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, həmyerlimiz qardaş ölkənin BAL liqasında mübarizə aparan "Malatya Yeşilyurtspor" klubu ilə anlaşıb.
27 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2015/2016-cı il mövsümündə MOİK-in heyətində Azərbaycan I Divizionunun bombardiri olan Röyal Nəcəfov son mövsümü AZAL-da keçirmişdi.
Fanat.Az