Azərbaycanlı futbolçu rəsmən Yunanıstan klubunda - FOTO

Azərbaycanlı futbolçu rəsmən Yunanıstan klubunda - FOTO

Amit Quluzadənin Yunanıstanın AEL (Larissa) klubuna keçidi rəsmiləşib. Fanat.Az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib.

Amit Quluzadə bildirib ki, yeni klubu ilə 2,5 illik müqavilə imzalayıb: "Bu gün Yunanıstanın AEL klubu ilə 2,5 illik müqavilə imzaladım. Bu transferin gerçəkləşməsində əməyi olan hər kəsə, xüsusən "Sumqayıt" klubuna - başda prezident Kamran Quliyevə, menecer Ceyhun Sultanova, baş məşqçi Samir Abasova və öz menecerimə təşəkkür edirəm".

Qeyd edək ki, Amit Quluzadə indiyədək "Neftçi", "Rəvan", "Qəbələ", "Sumqayıt", Türkiyənin "Kayseri Erciyəsspor" və Portuqaliyanın "Atletiko CP" klublarında forma geyinib.

Azərbaycanlı futbolçu rəsmən Yunanıstan klubunda - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər