Azərbaycanlı futbolçu rəsmən Rusiya klubunda!

Azərbaycanlı futbolçu rəsmən Rusiya klubunda!

“Lokomotiv”in azərbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədovun Moskva “Spartak”ına keçidi rəsmiləşib. Fanat.Az xəbər verir ki, yanvarın 18-dən qüvvəyə minəcək müqavilənin şərtləri açıqlanmır.

 

32 yaşlı Səmədov “Spartak”ın yetirməsidi. Bu klubun əsas heyətində 2002-ci ilin noyabrında debüt edən yarımmüdafiəçi “qırmızı-ağlar”ın formasıyla 59 oyuna çıxıb, 9 qol vurub,  2002/2003 mövsümündə Rusiya Kubokunu qazanıb.

2005-2016 aralığında “Lokomotiv”, “Moskva”, “Dinamo” kimi klublarda tər tökən orta xətt oyunçusu cari “futbol ili”ndə 17 matçda top qovub. O, “dəmiryolçular” üçün 5 dəfə rəqib qapıçıları məyus edib, 2 məhsuldar ötürmə verib. Səmədov Rusiya millisində keçirdiyi 35 oyunda 5 dəfə fərqlənib.

 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər