"Bakı"nın sabiq vitse-prezidenti Yaşar Seyidovun oğlu Valeh Seyidov karyerasını Portuqaliyada davam etdirəcək. Fanat.Azın əldə etdiyi məlumata görə, 21 yaşlı hücumçu "Louletano" klubuna keçib. Tərəflər 1+1 illik müqaviə imzalayıb.
Əslində Valeh Seyidovun Portuqaliyanın güclülər dəstəsinə keçmək ehtimalı var imiş. Məlumata görə, bəzi variantlar olub. Lakin öz yaş qrupları üzrə çempionatlarda dəfələrlə çempionluq yaşamış, bombardir olmuş, aşağı yaş qrupları üzrə milli komandaların formasını geyinmiş gənc futbolçunun əsas yığmaya bir dəfə də çağırılmaması onun işini əngəlləyib. Bundan sonra Valeh Seyidov aşağı liqada oynamağa razılıq verib. Onun gələcəkdə güclülər dəstəsində oynamaq ehtimalı var.
"Louletano" klubu Portuqaliyanın 2-ci liqası hesab olunan "Campeonato de Portugal"da çıxış edir. Faro şəhərini təmsil edən klub 1923-cü ildə yaradılıb və ev oyunlarını 30305 azarkeş tutumu olan "Estadio do Algarve" stadionunda keçirir. Komandanın baş məşqçisi İvo Soaresdi.
Qeyd edək ki, Valeh Seyidov "Bakı"nın yetirməsidi, bu klubun əsas heytində və aşağı yaş qrupları üzrə milli komandalarımızda çıxıhş edib.
Fanat.Az