Azərbaycanlı futbolçu "Lokomotiv"in ən yaxşısı seçildi

Azərbaycanlı futbolçu "Lokomotiv"in ən yaxşısı seçildi
Moskva "Lokomotiv"inin azarkeşləri əslən azərbaycanlı olan yarımmüdafiəçi Aleksandr Səmədovu 2015/16 mövsümünün ən yaxşı futbolçusu hesab ediblər.
Fanat.az xəbər verir ki, "dəmiryolçular"ın rəsmi saytı və "Vkontakte" sosial şəbəkəsindəki qrupunda aparılan səsvermənin yekunlarına əsasən Səmədov səslərin 36,3 %-ni toplayıb.
O, ötən mövsüm komandanın cəmi dörd matç buraxan ən yaxşı bombardiri və dağıdıcı futbolçusu olub. Yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsində 6 oyuna 4 qol vurub, "Fənərbaxça" ilə keçirilən "play-off" üzrə cavab matçında fərqlənib, çempionatın yaz hissəsinin ən yaxşısı olub və Rusiya yığmasının Avropa çempionatına yollanacaq heyətinə düşməyi bacarıb.
Səsvermədə ikinci yeri hücumçu Bay Omar Niasse (18,3 %), üçüncü yeri qapıçı Marinato Qilerme (13%) tutub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər