Rusiyada yaşayan azərbaycanlı futbolçu Ayaz Quliyev "Anji"də çıxış edəcək. Fanat.Az xəbər verir ki, Mahaçqala klubunun rəsmi saytı məlumat yayıb.
Moskva "Spartak"ı 20 yaşlı yarımmüdafiəçini "Anji"yə icarəyə verib. Ayaz 2017/18 mövsümünün sonunadək bu komandanın formasını geyinəcək.
Qeyd edək ki, Ayaz ötən mövsümün ikinici yarısında da "Anji"də çıxış edib (12 oyun, 940 dəqiqə). Bu komandaya milliyətcə erməni mütəxəssis Aleksandr Qriqoryan başçılıq edir. Futbolçu Azərbaycan millisindən imtina edib və Rusiyanın U-21 yığmasında forma geyinir.
Fanat.Az