Azərbaycanlı futbolçu Qazaxıstan klubunda

Azərbaycanlı futbolçu Qazaxıstan klubunda

"Neftçi"nin sabiq futbolçusu Samir Məsimov Sloveniyanın "Domjale" klubundan ayrılıb.

O, hazırda Qazaxıstanın "Okjetpes" klubunda baxışdadır.

 

Qazaxıstan mətbuatı gənc yarımmüdafiəçi ilə müqavilə imzalanacağını yazıb.

Məsimov hazırda Türkiyədə təlim-məşq toplanışında olan "Okjetpes"in heyətində iki yoxlama görüşündə meydana çıxıb. O, bu görüşlərin birində qol vurmağı da bacarıb.

Qeyd edək ki, “Okjetpes”də  Məsimovun "Neftçi"dəki keçmiş komanda yoldaşı - serbiyalı qapıçı Saşa Stamenkoviç də çıxış edir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər