Azərbaycanlı futbolçu Portuqaliya klubuna yararsız hesab edildi

Azərbaycanlı futbolçu Portuqaliya klubuna yararsız hesab edildi

Azərbaycanlı futbolçu Elnur Cəfərov Portuqaliyanın "Tondela" klubundan uzaqlaşdırılıb. Daha doğrusu, Elnur yeni mövsümdə baş məşqçi Armandu Petinin başçılıq etdiyi "Tondela"nın əsas komandasında oynamayacaq.

Cari mövsüm üçün yerli federasiyaya təqdim olunan 23 futbolçu arasında Elnurun adına rast gəlinmir. Futbolçumuzdan başqa, Tomaş Jorje və Ruben Silvestre də sifariş ərizəsindən kənarda qalıb.

Elnur Cəfərov yoxlama oyunlarında göstərdiyi performansa görə yararsız hesab edilib. O, Fransa doğumlu portuqal məşqçinin diqqətini çəkə bilməyib. Digər 2 oyunçuya isə özlərinə klub tapmaları bildirilib. Bu barədə "Tondela"nın kommunikasiyalar üzrə direktoru Viktor Ramos deyib.

Qeyd edək ki, Elnur Cəfərov bu yay "Tondela" klubuna keçmiş və 1 illik müqavilə bağlamışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər