Azərbaycanlı futbolçu məşhur Avropa klubunda - FOTO

Azərbaycanlı futbolçu məşhur Avropa klubunda - FOTO

"Qəbələ"nin futbolçusu Fərid Nəbiyev karyerasını Çexiyada davam etdirəcək. Fanat.Az xəbər verir ki, gənc futbolçu məşhur "Slaviya" (Praqa) klubuna keçib.

Bu barədə futbolçunun meneceri Vaqif Heydərli məlumat verib. 19 yaşlı futbolçulardan ibarət millimizin kapitanı yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Azərbaycanlı futbolçu məşhur Avropa klubunda - FOTO

Qeyd edək ki, "Slaviya" 1892-ci ildə yaradılıb. 124 yaşlı klub oyunlarını Praqadakı 20800 azarkeş tutumu olan "Eden Arena"da keçirir. "Slaviya" 13 dəfə Çexslovakiya, 4 dəfə Çexiya çempionu olub, 7 dəfə ölkə kubokunu qazanıb. Ötən mövsüm çempionluğu bayram edən komanda Çempionlar Liqasının "play-off" mərhələsində mübarizəni dayandırıb. Komanda mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək. A qrupunda yer alan Praqa təmsilçisi "Makkabi" (Təl-Əviv), "Vilyarreal" və "Astana" ilə mübarizə aparacaq. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər