Azərbaycanlı futbolçu Mariyananın yanına gedir

Azərbaycanlı futbolçu Mariyananın yanına gedir
"İnter"in futbolçusu Nizami Hacıyev bu həftə ərzində ölkə xaricinə gedəcək. Fanat.az xəbər verir ki, "Rəvan"la ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu zamanı "İnter"in kapitanı arxa əzələsindən ciddi xəsarət alıb.
O, 23-cü dəqiqədə məcburiyyətdən yerini Vüqar Nadirova verməli olub. Maqnit Rezonans Tomoqrafiyasından keçdiyi zaman arxa əzələsində dartılmalar aşkara çıxan futbolçu bu həftə Serbiyaya göndəriləcək. O, Belrqaddakı klinikalardan birində təxminən 4 gün müayinə olunacaq. Belə ki, Nizami Hacıyev Novruz Bayramını ölkədən kənarda keçirəcək.
Onun getdiyi klinikada isə idmanda məşhur olan Mariyana Kovaçeviç çalışır. Bu serb fizioterepevt Fernando Torres, Stiven Cerrard, Dieqo Koşta, Vinsen Kompani kimi bir çox məşhur futbolçuların, eləcə də məşqçilərin tez şəfa tapmasında iştirak edib. Onun terapiya üsullarından Rusiya, Ukrayna, Türkiyə, Bolqarıstan, İspaniya, Almaniya, eləcə də Azərbaycanda istifadə olunur.(Qaynar.info)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər