Vüqar Əsgərov Latviya çempionatının 1-ci liqasında 2016-cı ilin ən yaxşı futbolçusu seçilib. Fanat.Az xəbər verir ki, o, bununla bağlı keçrilən sorğunun qalibi olub.
Sorğu klub rəsmiləri, mətbuat nümayəndələri və Latviya Futbol Federasiyasının əməkdaşları arasında keçrilib. Yekun nəticədə Vüqar ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Qeyd edək ki, Vüqar “Olayne” klubunun şərəfini qoruyur. O, başa çatan mövsümdə 40 qol vurub və mövsümün rəmzi komandasına düşüb. Əsgərovun komandası Latviya çempionatının 1-ci liqasını ikinci yerdə başa vurub. Hücümçu Berti Foqtsun dövründə millimizə çağrılsa da, uzun müddətdi komandadan kənarda qalıb.
Fanat.Az