Azərbaycanlı futbolçu kazinoda 100 min dollar uduzub

Azərbaycanlı futbolçu kazinoda 100 min dollar uduzub
"Bir dəfə kazinoya getmişdim, bir gecədə 100 min dollar uduzdum". 
Fanat.Az xəbər verir ki, Ukraynanın "Dinamo” (Kiyev) klubunun keçmiş futbolçusu Aleksander Əliyev deyib.
Ukrayna mətbuatına müsahibəsində başına gəlmiş maraqlı bir hadisəni danışan  azərbaycanlı sabiq yarımmüdafiəçi buna görə 4 gün yatmadığını bildirib:
 
Azərbaycanlı futbolçu kazinoda 100 min dollar uduzub
"Çempion olmuşduq, mükafatlarım da var idi. Yaxşı pul qazanmışdım. Onun üçün də kazinoya getdim. Düzdü, içki qəbul etmirəm, ancaq yenə də belə bir səhv etdim. Axşam saat yeddidə girib, günorta 12-də çıxmışdım. Çölə çıxanda artıq 100 min getmişdi. Əlbətdə ki, çox üzücü idi. 4 gün yata bilməmişdim".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər