Dünən U-19 komandaları arasında Avropa çempionatının elit-raundu çərçivəsində B qrupunda İspaniya - Rusiya oyunu keçirilib. Fanat.az xəvər verir ki, Rusiya yığmasının azərbaycanlı futbolçusu Ramil Şeydayev bu matçda start heyətdə meydana çıxıb və görüşü əvəz olunmadan keçirib.
Rusiyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyunda “Zenit”in azərbaycanlı hücumçusu da fərqlənib. O, 54-cü dəqiqədə komandasının üçüncü qolunu vurub.
Rusiya millisinin digər azərbaycanlı futbolçusu Ayaz Quliyev də meydana start heyətdə çıxıb. A. Quliyev matçın 90+1-ci dəqiqəsində əvəzlənib.
Fanat.az