"AVRO-2017"nin seçmə mərhələsində millimizin rəqibi olan Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığması yoxlama matçı keçirib. Fanat.az xəbər verir ki, şimal qonşularımız Xorvatiya ilə qarşılaşıb.
Oyunda 7 qol vurulub və 4:0 hesabı ilə önə keçən Rusiya sonda çətin qələbə qazanıb - 4:3. Rusiya yığmasının 4 qolundan üçünü komandanın azərbaycanlı futbolçusu Ramil Şeydayev vurub. O, 12-ci, 28-ci və 52-ci dəqiqələrdə fərqlənib. Rusların daha bir qoluna Aleksey Qasilin imza atıb.
Qeyd edək ki, noyabrın 12-də Farer adaları ilə qarşılaşacaq Rusiya yığması 5 gün sonra Bakıda millimizin qonağı olacaq.
Fanat.az