Çexiyanın Gənclər Liqasında XII turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Fərid Nəbiyevin forma geyindiyi "Slaviya"nın U-21 komandası səfərdə "Viktoriya" ilə qarşılaşıb. Oyun 3:3 hesabı ilə başa çatıb.
Start heyətində meydana çıxan Fərid dubl edib. Futbolçumuz oyunun 14-cü dəqiqəsində - hesab 1:1 olarkən fərqlənərək komandasını önə keçirib. Nəbiyev 21 dəqiqə sonra özünün 2-ci, komandasının isə 3-cü qoluna imza atıb. 19 yaşlı futbolçu bu mövsüm vurduğu qolların sayını 8-ə çatdırıb.
Qeyd edək ki, Nəbiyevin komandası hazırda 11 xalla 11-ci pillədə qərarlaşıb.
Fanat.Az