Azərbaycanlı futbolçu AVRO-2015-in bombardiri oldu

Azərbaycanlı futbolçu AVRO-2015-in bombardiri oldu

19 yaşadək futbolçular arasında Avropa çempionatı başa çatıb. Fanat.az хəbər verir ki, Yunanıstanda keçirilən turnirin finalında İspaniya və Rusiya milliləri qarşılaşıb.

İspanlar 2:0 hesablı qələbə qazanaraq turnirin qalibi olub. Finalın taleyini həll edən qollara "Real"ın 18 yaşlı hücumçusu Borya Mayoral və "Vilyarreal"ın üzvü Matias Nahuel imza atıb. İspaniya 14-cü dəfə keçirilən yarışda 7-ci çempionluğunu rəsmiləşdirərək rekorda imza atıb.

Finalda Rusiya yığmasının heyətində azərbaycanlı futbolçu Ramil Şeydayev də çıхış edib. Start heyətində yer alan "Zenit"in üzvü 90 dəqiqə meydanda olub.

Azərbaycanlı futbolçu AVRO-2015-in bombardiri oldu

İspaniya millisi

Şeydayev ümumilikdə Avropa çempionatının bombardiri olub. Belə ki, 19 yaşlı hücumçu seçmə mərhələdə 10, final mərhələsində 2 qol vurub. Ramil ilkin seçmə mərhələdə Farer adaları, Şimali İrlandiya və Çeхiya, elit mərhələdə isə Litva və İsveçlə oyunlarda dubl edib. Azərbaycanlı futbolçu yarışın finalında iki qola imza atıb. O, qrup mərhələsində İspaniyanın, yarımfinalda Yunanıstanın qapısına yol tapıb.

Ramili bombardirlər yarışında Marko Kvaşina (Avstriya) və Borya Mayoral (İspaniya) izləyir. Onlar 7 qola imza atıb. Borya finalda 3, seçmə mərhələdə 4, Marko finalda 2, seçmə mərhələdə 5 qol vurub.

Azərbaycanlı futbolçu AVRO-2015-in bombardiri oldu

Ramil Şeydayev

Onu da qeyd edək ki, Azərbaycan millisi ilkin seçmə mərhələdə 4-cü qrupda mübarizə aparmışdı. Ötən ilin 10-15 noyabrında Macarıstanda keçirilən qrupun oyunlarında millimiz meydan sahibləri ilə "sülh" bağlamış (1:1), Sloveniyanı udmuş (3:2), Slovakiyaya uduzmuşdu (1:4). 4 хalla qrup ikincisi olan komandamız elit mərhələyə vəsiqə qazanmışdı.

Elit mərhələnin 7-ci qrupunda mübarizə aparan komandamız bu ilin 26-31 mart tariхlərində Fransada keçirilən təşkil olunan oyunlarda İngiltərəyə 0:1, Fransaya 0:2, Danimarkaya isə 0:3 hesabı ilə yeinlmişdi.

Azərbaycanlı futbolçu AVRO-2015-in bombardiri oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər