Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun çıxıx etdiyi “Moyselvits” III tur matçına çıxıb.
Komanda öz meydanında “Noyştrelits”i qəbul edib. Görüş qolsuz bərabərliklə nəticələnib və “Moyselvits” ikinci heç-heçəsini edib. Start heyətində meydana daxil olan Dadaşov 90 dəqiqəni əvəz edilmədən keçirib və sarı vərəqə almaqla “fərqlənib”.
Qeyd edək ki, 3 turdan sonra aktivində 2 xal olan “Moyselvits” 18 komanda arasında 14-cü pillədə qərarlaşır.
Fanat.Az