Almaniyanın Şimal-Şərq Regional Liqasında V turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu "Moyzelvits" doğma meydanda "Herta Berlin II" ilə qarşılaşıb.
Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3. Start heyətdə meydana çıxan Dadaşov yenə 90 dəqiqə oynayıb. Komandasının yeganə qolunu da 47-ci dəqiqədə Rüfət vurub.
Qeyd edək ki, 5 turdan sonra "Moyzelvits" 2 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.
Fanat.Az