Azərbaycanlı futbolçu Almaniyada dubl etdi

Azərbaycanlı futbolçu Almaniyada dubl etdi
Almaniyanın Şimal-Şərq Regional Liqasında XXXII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası "Germaniya Halberştadt" doğma meydanda lider "Svikkau" ilə qarşılaşıb. 
Matç futbolçumuzun klubunun məğlubiyyəti ilə başa çatıb - 2:4. Rüfət bu matçda 90 dəqiqə meydanda olub. O, 45-və 46-cı dəqiqələrdə vurduğu qollarla hesab arasındakı fərqi azaltsa da (2:3), komandasını məğlubiyyətdən xilas edə bilməyib. 52-ci dəqiqədə isə millimizin sabiq üzvü sarı vərəqə də alıb.
Qeyd edək ki, Dadaşovun komandası hazırda 23 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər