2013-2014-cü illər ərzində 16 yaşadək futbolçulardan ibarət millimizdə (U-16) çıxış etmiş Renat Dadaşov almanların diqqətini özünə çəkə bilib. 17 yaşadək millimizin baş məşqçisi Təbriz Həsənovun verdiyi məlumata görə, Renat artıq Almaniya yığmasının oyunçusudu.
O, hazırda Almaniyanın U-16 millisində çıxış edir. "Leypsip"in hücumçusu yığmada keçirdiyi 6 oyunda 4 qol vurmaqla almanların seçimini doğruldub (bunu Almaniya Futbol İttifaqının saytından da görmək mümkündü). Onun keçirdiyi 6 matçda almanlar 2 dəfə qələbə qazanıb, 3 dəfə heç-heçə edib və 1 dəfə uduzub.
Qeyd edək ki, mayın 17-də 16 yaşını tamamlamış Renat Dadaşov vaxtı ilə əsas millimizdə də çıxış etmiş Rüfət Dadaşovun kiçik qardaşıdı. O, Aslan Kərimov və Təbriz Həsənovun vaxtında U-16 millimizə çağırılıb. Onda Frankfurt "Ayntraxt"ının oyunçusu olan Renat ötən ilin aprelində Almaniyada "Veen Vizbaden" klubu ilə yoxlama matçında (2:0) komandamızın qollarından birini vurmuşdu.//qaynar.info
Fanat.az