Azərbaycanlı futbolçu Almaniya klubunda qol vurdu

Azərbaycanlı futbolçu Almaniya klubunda qol vurdu

Almaniyanın Şimal-Şərq Regional Liqasında X turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Moyzelvits" səfərdə Leypziq "Lokomotiv"i ilə qarşılaşıb. 

Oyun 1:1 hesabı ilə başa çatıb. Oyuna start heyətdə başlayan Rüfət 90 dəqiqə meydanda olub. Onun komandası 27-ci dəqiqə məğlub duruma düşüb. Futbolçumuz 87-ci dəqiqədə rəqib qapısına yol taparaq hesabı bərabərləşdirib.

Qeyd edək ki, "Moyzelvits" 10 turdan sonra 5 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər