Azərbaycanlı futbolçu 3,5 milyon avroya transfer olundu

Azərbaycanlı futbolçu 3,5 milyon avroya transfer olundu

Əslən azərbaycanlı olan Aleksandr Səmədovun yeni klubu rəsmən bəllli olub.

Fanat.Az xəbər verir ki, futbolçu gözlənildiyi kimi уеtirməsi olduğu sabiq klubu "Spartak"a keçib. Təcrübəli yarımmüdafiəçi yeni klubu ilə 2,5 illik müqavilə imzalayıb. Rusiya millisinin üzvü hər ili üçü 1,8 milyon avro maaş alacaq.

Qeyd edək ki, bu keçid üçün "Spartak" "Lokomotiv"ə 3,5 milyon avro ödəyib. Baxmayaraq ki, Səmədovun sərbəst buraxılmasının dəyəri müqaviləsində 5 milyon avro göstərilmişdi. "Spartak" isə əvvəlcə "Lokomotiv"ə 2 milyon avro təklifi ilə müraciət etmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər