Azərbaycanlı çempion Türkiyədə güllələndi: 6 nəfər yaralandı

Azərbaycanlı çempion Türkiyədə güllələndi: 6 nəfər yaralandı

Türkiyənin Kastamonu şəhərində silahlı insident olub.

Fanat.Az BakiPost.az-a istinadən xəbər verir ki, şəhərin bələdiyyə sədri Tahsin Babaş silahlı hücuma məruz qalıb. Hücum nəticəsində 6 nəfərin yaralandığı bildirilir. 

Güllələnənlər arasında Azərbaycanın kikboks üzrə Avropa çempionu Eldar Əlizadə də var. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, reanimasiyaya yerləşdiriliblər.

Qeyd edək ki, Eldar Əlizadə Türkiyədə yaşayır, orada ali təhsil alırmış.

Azərbaycanlı çempion Türkiyədə güllələndi: 6 nəfər yaralandı

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər