Azərbaycanlı atlet: "Tokio-2020-dən medal gətirəcəm"

Azərbaycanlı atlet: "Tokio-2020-dən medal gətirəcəm"
Azərbaycanlı yüngül atlet – Nazim Babayev 2021-ci iləkeçirilmiş Tokio-2020-də medal qazanmaq şanslarını dəyərləndirib.
 
Fanat.Az MOK-un mətbuat xidmətinə istinadən xəbər verir ki, Babayev üç təkanla tullanmada hansı nəticənin Olimpiya medalı üçün kifayət edəcəyini də açıqlayıb:
"Bu, mənim üçün ikinci Yay Olimpiya Oyunlarıdı. Rioda 18 yaşım var idi. İndi isə daha təcrübəliyəm. Son ildə müxtəlif beynəlxalq yarışlarda uğurla çıxış etmişəm. Özümü nüfuzlu yarışa hazır sayıram. Əsas rəqiblərim 2 ABŞ idmançısıdı. Burkina-Faso və Portuqaliyadan olan idmançıları da unutmaq olmaz. Məncə, 17,50 metr məsafənin öhdəsindən gəlsəm, Tokiodan medal gətirəcəm”.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər