Azərbaycanla Almaniyanın fərqi - 551 milyon avro

Azərbaycanla Almaniyanın fərqi - 551 milyon avro

Martın 26-da Azərbaycan millisi "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Robert Prosineçkinin başçılıq etdiyi komandamız Almaniyanı qəbul edəcək.

Fanat.Az qarşılaşmadan əvvəl komandaların ümumi dəyərinə nəzər yetirib. "Transfermarkt" yığmamızın heyətində yer alan 24 futbolçuya 10 milyon 400 min avro qiymət qoyub. Almaniya millisinin 22 nəfərlik heyətinin ümumi dəyəri isə 562 milyon avrodu. Bu iki komanda arasında 551 milyon 600 min avro fərqin olması deməkdi.

Azərbaycan millisinin ən dəyərli futbolçusu Dəniz Yılmazdı. "Bursaspor"da çıxış edən milliləşdirilmiş futbolçumuzun qiyməti 2 milyon 250 min avrodu. Onu 700 min avro ilə "Qarabağ"dan Bədavi Hüseynov izləyir. Ukraynanın "Stal" klubunda top qovan Pavel Paşayevə 600 min avro qiymət qoyulub.

Dəniz Yılmaz - 2.250.000

Bədavi Hüseynov - 700.000

Pavel Paşayev - 600.000

Kamran Ağayev - 500.000

Maksim Medvedev - 500.000

Qara Qarayev - 500.000

Araz Abdullayev - 500.000

Ramil Şeydayev - 500.000

Məhəmməd Mirzəbəyov - 400.000

Dmitri Nazarov - 400.000

Eddi İsrafilov - 400.000

Cavid Hüseynov - 400.000

Əfran İsmayılov - 350.000

Ürfan Abbasov - 300.000

Emin Mahmudov - 300.000

Elvin Məmmədov - 300.000

Ruslan Qurbanov - 300.000

Rahid Əmirquliyev - 250.000

Ağabala Ramazanov - 250.000

Aqil Məmmədov - 200.000

Rəşad Sadıqov - 200.000

Anar Nəzirov - 150.000

Tərlan Quliyev - 150.000

Renat Dadaşov - Qiymətsiz

Almaniya millisinin ən bahalıları Toni Krossla Tomas Müllerdi. "Real" və "Bavariya"nın ulduzlarına 60 milyon avro qiymət qoyulub. "Arsenal"ın türk əsilli futbolçusu Məsut Özilin qiyməti isə 50 milyon avrodu.

Toni Kroos - 60.000.000

Tomas Müller - 60.000.000

Məsut Özil - 50.000.000

Mats Hummels - 38.000.000

Yulian Draksler - 32.000.000

Şkodran Mustafi - 30.000.000

Leroy Sane - 30.000.000

Coşua Kimmix - 25.000.000

Sami Xedira - 23.000.000

Andre Şürrle - 23.000.000

Yulian Vayql - 23.000.000

Mark-Andre ter Ştegen - 22.000.000

Niklas Süle - 20.000.000

Yulian Brandt - 20.000.000

Yonas Hektor - 18.000.000

Benedikt Hövedes - 18.000.000

Bernd Leno - 16.000.000

Antonio Rüdiger - 15.000.000

Əmrə Can - 15.000.000

Kevin Trapp - 10.000.000

Mario Qomes - 7.500.000

Sebastian Rudi - 6.500.000

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər