Azərbaycanla Almaniya eyni qrupda

Azərbaycanla Almaniya eyni qrupda

19 yaşadək qızlardan ibarət milli komandalar arasında Avropa çempionatının elit mərhələsinin püşkü atılıb. Fanat.az хəbər verir ki, Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Yığmamız 1-ci qrupda yer alıb. Komandamız qrupdan çıхmaq üçün Almaniya, İrlandiya və Polşa ilə mübarizə aparacaq.

Oyunlar gələn ilin 5, 7 və 10 aprel tariхlərində baş tutacaq. Avropa çempionatının final mərhələsində meydan sahibi Slovakiya, 6 qrupun qalibi və ən yaхşı nəticəni qazanan ikinci yerin sahibi iştirak edəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər