Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişəcəkmi?

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişəcəkmi?

Dünən UEFA Avropa Liqası və Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşləri keçirilib.

Fanat.Az xəbər verir ki, bu oyunlardan sonra ölkələrin UEFA reytinqində bəzi dəyişikliklər olub.

Başqa sözlə, ölkəmiz yenə 25-ci yerdədir və reytinq xalımız 18,750-yə bərabərdir. Doğrudur, İsveçlə əmsal eynidir. Ancaq cari mövsümdə toplanan xallara görə sözügedən ölkədən bir addım geri qalırıq. 18,750 əmsalın 2,000-si cari cari mövsümə aiddir. Ölkə reytinqinə “Zirə” 0,875, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” isə 0,125 xal əlavə edib.

23-cü sıradakı Slovakiyanın isə 18,875 xalı var.

Bu gün Konfrans Liqasında növbəti oyunlarına çıxacaq “Sabah” və “Zirə” qələbə qazansalar, Azərbaycan reytinqdə 2 pillə irəliləyə bilər. 

Qeyd edək ki, İngiltərə 89,160 əmsalla liderliyini qoruyur. İtaliya 2-ci (79,106), İspaniya 3-cü (73,989) pillədədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər