Azərbaycanın U-21 millisinin Serbiya ilə matçının yeri açıqlandı

Azərbaycanın U-21 millisinin Serbiya ilə matçının yeri açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Serbiya ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma səfər matçına sentyabrın 12-də çıxacaq.

Serbiya Futbol Federasiyasının Stara Pazova şəhərində yerləşən İdman Mərkəzində oynanılacaq qrupun ilk qarşılaşmasının başlama saatı hələlik bəlli deyil.

Qeyd edək ki, Azərbaycan millisi AÇ-2025-in seçmə mərhələsində İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər