Azərbaycanın stolüstü tennisçilərindən Ər-Riyadda daha bir medal

Azərbaycanın stolüstü tennisçilərindən Ər-Riyadda daha bir medal

Azərbaycanın stolüstü tennisçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında daha bir mükafat qazanıblar.

Fanat.Az xəbər verir ki, qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Qeyd edək ki, daha əvvəl qadınlardan ibarət komanda yarışın bürünc mükafatına layiq görülmüşdü.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər