Azərbaycanın "DÇ"dəki rəqibləri: İran, İspaniya...

Azərbaycanın "DÇ"dəki rəqibləri: İran, İspaniya...
Futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir ki, sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada təşkil olunacaq mundialın 24 iştirakçısı 6 qrupa bölünüb.
 
Tarixində ilk dəfə final mərhələsinə yüksələn Azərbaycan millisinin də rəqibləri də bəlli olub. Yığmamız F qrupunda mübarizə aparacaq.
 
Medelyin şəhərində baş tutan tədbirdə  millimizin bəxti gətirməyib. Komandamız çox güclü İran və İspaniya komandaları ilə eyni qrupa düşüb. Bu qrupa 3-cü səbətdən isə Afrika təmsilçisi Mərakeş düşüb.
 
Qeyd edək ki, 1/8 finala hər qrupda ilk 2 yeri tutanlar və ən yaxşı nəticəyə malik 4 üçüncü yer sahibi vəsiqə əldə edəcək.
 
A qrupu
Kolumbiya, Portuqaliya, Özbəkistan, Panama
B qrupu
Tailand, Rusiya, Kuba, Misir
C qrupu
Paraqvay, İtaliya, Vyetnam, Qvatemala
D qrupu
Ukrayna, Braziliya, Mozambik, Avstraliya
E qrupu
Argentina, Qazaxıstan, Solomon adaları, Kosta-Rika
F qrupu
İran, İspaniya, Mərakeş, Azərbaycan
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər