Azərbaycanın "Bakı-2016"dakı rəqibləri müəyyənləşdi

Azərbaycanın "Bakı-2016"dakı rəqibləri müəyyənləşdi
Bu gün Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının püşkatma mərasimi baş tutub. Fanat.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən mərasimdə 16 komanda 4 qrupa bölünüb. 
Püşkatmada yalnız Azərbaycan yığması iştirak etməyib. Belə ki, qaydalara əsasən meydan sahibi püşksuz A qrupunun 1-ci komandası olacaq. Millimiz bu qrupda Portuqaliya, Belçika və Şotlandiya ilə mübarizə aparacaq.
Mərasimdə AFFA-nın rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təşkilat Komitəsinin üzvləri, İtaliya futbolunun əfsanələrindən olan Françesko Toldo və digər rəsmi şəxslər iştirak edib.
 
A qrupu
Azərbaycan
Portuqaliya
Belçika
Şotlandiya
 
B qrupu
Ukrayna
Almaniya
Avstriya
Bosniya və Herseqovina
 
C qrupu
Fraansa
Danimarka
İngiltərə
İsveç
 
D qrupu
İtaliya
Serbiya
Hollandiya
İspaniya
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər