Azərbaycanın qadın şahmatçılardan ibarət millisi son görüşündə uduzdu

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi son görüşündə uduzdu

Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında son görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, XI turda yarışın favoriti Hindistanla üz-üzə gələn yığma 0,5:3,5 hesabı ilə uduzub.

Harika Dronavalli - Günay Məmmədzadə 1:0 Rəmeşbabu Vaişəli - Ülviyyə Fətəliyeva 0,5:0,5 Deşmux Divya - Gövhər Beydullayeva 1:0 Vantika Aqraval - Xanım Baladjayeva 1:0

Bu qələbədən sonra Hindistan qadınların yarışında 45-ci Ümumdünya Şahmat Olimpiadasını birinci pillədə başa vurub.

Qeyd edək ki, qadınlardan ibarət millimiz daha əvvəl Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1), Vyetnam (2,5:1,5) İsveçrədən (4:0) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib (2:2), Qazaxıstana isə yenilib - 1:3.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər