Azərbaycanın güllə atıcıları III MDB Oyunarını 3 medalla başa vurdular

Azərbaycanın güllə atıcıları III MDB Oyunarını 3 medalla başa vurdular

III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında keçirilən güllə atıcılığı üzrə yarışa yekun vurulub.

Fanat.Az xəbər verir ki, təmsilçimiz Vladislav Kalmıkov 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada gümüş medal qazanıb.

Daha əvvəl Xanna Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada üçüncü olmuşdu.

Qeyd edək ki, Xanna Əliyeva həmçinin əvvəlki yarış günlərində aktivinə gümüş medal yazdırıb. Beləliklə, Azərbaycan təmsilçiləri III MDB Oyunlarını 3 medalla başa vurublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər