Azərbaycanın futbola baxmayan məşhurları

Azərbaycanın futbola baxmayan məşhurları
İdman həvəskarlarının sevimli mövsümü - futbol üzrə Avropa çempionatı başlayır. Deməli, ən azı ekran başına yığılıb futbol izləyənlərin bayramıdır. Hər gün Avropanın ən yaxşı millilərinin qarşılaşmalarını izləmək, sevimli komandana azarkeşlik etmək, qələbələrinə sevinmək - bundan gözəl nə ola bilər?
İsti yay günlərinə daha bir həyacan qatacaq bu möhtəşəm idman bayramını izləyənlər arasında azərbaycanlı məşhurların ola biləcəyini də güman edilir.
Amma yarışların axşam saatlarına – yəni müğənni və aktyorlarımızın adətən hansısa tədbirlərdə, el şənliklərində olduğu zamana təsadüf etdiyi üçün onların seçim qarşısında qala biləcəyini düşündük. Buna görə də, onlar arasında sorğu aparmağa qərar verdik.
Azərbaycanın xalq artisti Aygün Kazımova Avropa çempionatına izləməyəcəyini deyib: "Umumiyyətlə, mən futbolu sevmirəm. Heç bir komandaya azarkeşlik etməyəcəm. Ancaq özümüzünkülər oynayanda baxıram".
Xalq artisti Faiq Ağayev də turnirə baxmayacağını deyib. İfaçı ümumiyyətlə futbol ilə maraqlanmadığını vurğulayıb. Faiq Ağayev kimi tanınmış ifaçı Elariz də çempionata baxmayacağını deyib.
Populyar müğənni Zamiq isə turnirə baxacağını deyib. O, qeyd edib ki, sənətdən əlavə futbola böyük sevgisi var. “Əlbəttə, Türkiyə yığmasına azarkeşlik edəcəm. Amma ondan da güclü millilər var. Çempionatda İspaniya, İngiltərə və yaxud Fransa yığmaların qələbə qazanacağını görürəm". 
Sorğunun nəticəsində məlum olur ki, şou-biznes nümayəndələri Avropa çempionatına baxmayacaqlar. Ötən gün "AVRO-2016"nın açılış oyunu baş tutub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər