Azərbaycanın daha iki güləşçisi Avropa çempionatında finala yüksəldi

Azərbaycanın daha iki güləşçisi Avropa çempionatında finala yüksəldi

Azərbaycanın daha iki sərbəst güləşçisi Serbiyanın Zrenyan şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Fanat.Az xəbər verir ki, Ali Tsokayev (92 kq) və Yusif Dursunov (125 kq) yarışın həlledici mərhələsinə vəsiqə qazanıblar.

Tsokayev yarımfinalda rusiyalı Mustafaqadji Malaçdibirovu, Dursunov isə Belarusdan olan Stsiapan Mandriki üstələyib.

Qeyd edək ki, daha əvvəl Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq) və Səbuhi Əmiraslanov (79 kq) finala yüksəliblər. U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər