Bu gün Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandası (U-19) Makedoniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünü keçirib. Fanat.az məlumatına görə, Nazim Süleymanovun baş məşqçi olduğu komandanın rəqibi makedoniyalı həmyaşıdları olub.
Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-19 yığması iyunun 4-dək davam edəcək hazırlıq prosesi çərçivəsində meydan sahibləri ilə 2-ci yoxlama matçını da keçirəcək. Həmin oyun iyunun 3-də Bakı vaxtı ilə saat 12:30-da olacaq.
Qeyd edək ki, daha öncə Azərbaycanın əsas millisi Avstriya toplanışında Makedoniyaya uduzub - 1:3.
Fanat.az