Azərbaycanın daha bir gimnastı Monteneqroda "qızıl" əldə etdi

Azərbaycanın daha bir gimnastı Monteneqroda "qızıl" əldə etdi

Azərbaycanın daha bir bədii gimnastı Zəhra Cəfərova Budva şəhərində keçirilən Balkan Kubokunda qızıl medal qazanıb.

Fanat.Az Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Zəhra Cəfərova top, lent və çoxnövçülük proqramları üzrə birinci olub.

Qeyd edək ki, daha əvvəl Şəms Ağahüseynova qızıl mükafata sahib çıxıb. Yarışa sentyabrın 29-da yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər